Tramp vergiyə dair yeni qanun imzalayıb

image

ABŞ Prezidenti Donald Tramp xərclər və vergiyə dair genişmiqyaslı qanunu imzalayıb.

Defakto.az xəbər verir ki, bu barədə məlumatı Ağ Ev yayıb. 

“Bu gün Prezident Donald Tramp seçkiöncəsi vədləri həyata keçirməyə imkan verəcək “böyük gözəl qanun”u imzaladı”, - deyə məlumatda qeyd edilib. 

Tramp daha əvvəlki açıqlamasında bildirmişdi ki, ABŞ sözügedən sənəd sayəsində kosmik gəmi kimi irəli gedəcək.