Ruzanna Məmmədova Avropa çempionu olub

image

Azərbaycan güləşçisi Ruzanna Məmmədova İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatının qalibi olub.

Defakto.az xəbər verir ki, milli komandanın üzvü 62 kq çəki dərəcəsində qızıl medal qazanıb.

O, finalda almaniyalı Leoni Steyqertə 4:3 hesabı ilə qalib gəlib.

Ruzanna ardıcıl ikinci dəfə gənclər arasında Avropa çempionu olub.

Zəhra Kərimzadə (72 kq) təsəlliverici görüşdə xorvatiyalı Veronika Vilkə 2:8 hesabıyla uduzub.

Beləliklə, qadın millimiz qitə birinciliyini 2 qızıl medalla başa vurub. Ötən gün Günay Qurbanova (59 kq) Avropa çempionu olub.