Ermənistan Rusiyaya nota verib

Ermənistan Rusiyaya nota verib.
Defakto.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-dən bildirilib.
Rusiya səfiri Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim edilib.
Bildirilib ki, Rusiya Federasiyası Dövlət Dumasının ayrı-ayrı deputatlarının dövlət çevrilişi cəhdinin qarşısını almaq üçün hüquq-mühafizə orqanlarının qanuni hərəkətləri ilə bağlı şərhləri və açıqlamaları təkcə təəccüb deyil, həm də hiddət doğurur.