Zelenski: Avropa ABŞ-ni əvəz etmək iqtidarında deyil

“Ukrayna ABŞ-dən davamlı silah tədarükünə ümid edir, çünki Avropa xüsusilə hava hücumundan müdafiə sistemləri baxımından onları əvəz edə bilmir”.
Defakto.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Amerikanın davamlı dəstəyinə ümid edirik, çünki təəssüf ki, Avropanın təmin edə bilməyəcəyi müəyyən mövqelər var. Xüsusilə “Patriot” sistemləri üçün raketlər və hava hücumundan müdafiə sistemləri baxımından”, - prezident bildirib.