Azərbaycan güləşçisi çempion oldu

image

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.

Defakto.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə yarışa start verilib.

Ali Tsokayev 86 kq-da uğurlu debüt edib. Belə ki, bütün rəqiblərinə qalib gələn yığmamızın üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bununla da memorialda qazanılan medalların sayı 8-ə çatıb. Ötən gün yunan-Roma güləşində 2 gümüş, 1 bürünc, qadın güləşində isə 1 gümüş və 2 bürünc medal əldə edilib.

Ənənəvi turnirin son günündə millinin 5 üzvü xalçaya çıxacaq.