Lənkəranda istirahət mərkəzinin müdiri bıçaqlandı

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.
Defakto.az oxu.az-a istinadla xəbər verir ki, hadisə səhər saatlarında Lənkəran şəhərinin "Böyük Bazar" deyilən ərazisində qeydə alınıb.
Hadisə nəticəsində 1977-ci il təvəllüdlü Firad Həbibov bıçaqlanıb. Yaralı rayon xəstəxanasına yerləşdirilib.
Onun Lənkəranda "Pambayi" istirahət mərkəzinin müdiri olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.