Yevlaxda ər-arvad qəzaya düşüb, ölən var

Yevlax rayonunda ağır yol qəzası baş verib.
Defakto.az “Report”a istinadla xəbər verir ki, avtomobillin qoşqulu motosikletə çırpılması nəticəsində motosikletdə olan 1959-cu il təvəllüdlü F. Kazımova aldığı xəsarətdən keçinib.
Onun həyat yoldaşı 1955-ci il təvəllüdlü H. Kazımov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.