Bu ölkə Ukraynaya yeni hərbi yardım paketi hazırlayır - Zelenski açıqladı

image

Ukrayna Prezidenti Vladimir Zelenski Albaniyanın paytaxtı Tiranada Danimarkanın Baş naziri Mette Frederiksenlə görüşüb.

Defakto.az xəbər verir ki, Zelenski görüşün nəticələri barədə "Telegram"da yazıb.

O, görüşün yaxşı keçdiyini bildirib:

"Hərbi dəstəyin davam etdirilməsi və Ukraynanın müdafiə-sənaye kompleksinə birbaşa investisiyalar barədə danışdıq. Danimarka ölkəmizə dəstək göstərən ölkələrdən biridir və Ukrayna üçün artıq 26-cı hərbi yardım paketini hazırlayır”.

Onun sözlərinə görə, tərəflər İstanbulda keçirilən danışıqları, ABŞ və Avropa tərəfdaşları ilə diplomatik səylərin koordinasiyasını da müzakirə ediblər.