Tiktok fenomeni canlı yayımda güllələndi - Həssas görüntülər - VİDEO

23 yaşlı meksikalı Valeriya Markes (Valeria Marquez) canlı yayım zamanı öldürülüb.
Defakto.az xarici mediaya istinadən xəbər verir ki, o, gözəllik salonunda olan zaman motosikletli şəxs oraya yaxınlaşıb. Qızın sinəsindən və başından atəş açıb.
V.Markes tiktok fenomeni kimi tanınıb və həmin gözəllik salonunun sahibi olub. O, sosial şəbəkə hesabında gözəllik və makiyajla bağlı məzmunlar hazırlayıb.
O, çəkiliş zamanı “Gəlirlər” deyir və ardınca arxa plandan birinin “Vale?” deyə səsləndiyi eşidilir. Markez “Bəli” cavabını verdikdən sonra yayımın səsini bağlayıb. Qısa bir müddət sonra hücuma məruz qalaraq həyatını itirib.
Qatil artıq Meksika polisi tərəfindən saxlanılıb.
Meksika qanunlarına görə, qadın qətli alçaldıcı zorakılıq, cinsi zorakılıq, cinayətkarla qurban arasında əlaqə və ya cəsədin ictimai yerdə tərk edilməsi kimi elementləri özündə əks etdirən cinsi əsaslı səbəblərdən törədilən qətlləri əhatə edir.
Efiri söndürən qadının kim olduğu məlum deyil.