Meymunlar həkimliyə başladı: Bu yolla həm özlərini, həm də başqalarını müalicə edirlər

Alimlər Budonqo meşəsində vəhşi şimpanzelərin unikal davranışını qeydə alıblar: primatlar təkcə öz yaralarını dərman bitkiləri ilə müalicə etmir, həm də cəmiyyətin digər üzvlərinə köməklik göstərirlər.
Defakto.az Publika.az-a istinadən xəbər verir ki, bu kəşf “Frontiers in Ecology and Evolution” jurnalında işıq üzü görüb.
Tədqiqat Sonso və Vaybira adlı iki şimpanze qrupunun müşahidə məlumatlarını əhatə edir. Dörd ay ərzində elm adamları 41 yara sağalma hadisəsini, o cümlədən meymunların özlərinə deyil, digər heyvanlara qulluq etdiyi 7 hadisəni qeydə alıblar.
Şimpanzelər mürəkkəb üsullardan istifadə ediblər: yaralarını yalayır, onlara çeynənmiş yarpaqlar çəkir və gigiyena üçün cinsiyyət orqanlarını yarpaqlarla siliblər. Məlum olub ki, meymunların dərman kimi istifadə etdiyi bir neçə bitki müalicəvi xüsusiyyətlərə malikdir və ənənəvi tibbdə istifadə olunur.
Elm adamları bu davranışın nə qədər geniş yayıldığı və hansı şəraitdə baş verdiyi bəlli olmadığı üçün əlavə araşdırmaya çağırır.