Tramp Qətərlə 1 trilyon dollardan çox dəyəri olan saziş imzalayıb

ABŞ Prezidenti Donald Tramp Qətərlə 1 trilyon dollardan çox məbləğdə iqtisadi əməkdaşlıq sazişi imzalayıb.
Defakto.az APA-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Saziş çərçivəsində ümumi dəyəri ən azı 1,2 trilyon dollar olan iqtisadi mübadilənin həyata keçirilməsi nəzərdə tutulur.
Məlumata görə, Qətər ABŞ-dan 210-a qədər təyyarə və kəşfiyyat-zərbə təyinatlı pilotsuz uçuş aparatları almaqda maraqlıdır.