Türkiyədə güclü zəlzələ olub

image

Mayın 13-dən 14-nə keçən gecə Türkiyədə güclü zəlzələ baş verib.

Defakto.az xəbər verir ki, bu barədə Türkiyədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

6 bal gücündə zəlzələ yerli vaxtla saat 01:51-də qeydə alınıb, episentri Aralıq dənizindədir.

Muğlanın Datça rayonundan 155,06 km uzaqlıqda olan zəlzələnin yerin 20,41 km dərinliyində meydana gəldiyi müəyyən edilib.

Yeraltı təkanların Dənizli, Antalya, Aydın, Isparta, Burdur, Manisa və İzmir kimi ətraf şəhər və rayonlarda da hiss olunub.

Zəlzələnin ardından Muğla valisi Dr. İdris Akbıyık baş verən hadisə nəticəsində hər hansı bir neqativ hal yaşanmadığını açıqlayıb.

Yeraltı təkanların heç bir dağıntıya səbəb olmadığı vurğulanıb.

Billurə Yunus