Tramp Türkiyəyə səfəri inkar etmədi

image

Cümə axşamı Türkiyədə keçiriləcək görüşü qeyri-ciddiyə almayın, İstanbula gələ bilərəm, prezident Ərdoğan böyük bir toplantıya ev sahibliyi edəcək.

Defakto.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Türkiyədə baş tutacaq Rusiya-Ukrayna danışıqlarını şərh edərkən deyib.

O əlavə edib ki, cümə günü Rusiya ilə Ukrayna arasında keçiriləcək görüş çox əhəmiyyətlidir. 

Türkiyə-ABŞ münasibətlərinə toxunan Tramp onu da deyib ki, Ərdoğanla çox yaxşı işləyirlər: “Prezident Ərdoğanla Suriya ilə bağlı bəzi məsələlər üzərində də işləyirik və bu arada sanksiyalarla bağlı qərar verməli olacağıq”.

Mürtəza
Defakto.az