Putin Misir prezidenti ilə Ukraynadakı vəziyyəti müzakirə etdi

image

Rusiya prezidenti Vladimir Putin misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə Suriya, Liviya, Sudan və Ukraynadakı hadisələri müzakirə edib.

Defakto.az xəbər verir ki, bu barədə Misir prezidentinin ofisi məlumat yayıb.

Ofisin bəyanatında vurğulanıb ki, danışıqlar zamanı Misir prezidenti beynəlxalq böhranların diplomatik yolla həllinə sadiqliyini ifadə edib.

Bundan öncə Misir prezidenti Əbdülfəttah əs-Sisi Qahirə ilə Moskva arasında əlaqələrin strateji xarakter daşıdığını qeyd etmişdi, bunu onun Rusiyaya səfəri də təsdiqlədi.

Qeyd edək ki, Misir lideri Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün mayın 8-də Moskvaya gəlib. Cümə günü o, digər xarici liderlərlə birlikdə Qızıl Meydanda keçirilən paradda iştirak edib.(Publika.az)