İstanbulda İsrail konsulluğuna silahlı hücuma cəhd edildi

image

Türkiyənin İstanbul şəhərində İsrail Baş konsulluğu yaxınlığına atışma baş verib.

Defakto.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi bildirib.

İstanbul valiliyi atəş açan şəxsin saxlanıldığını açıqlayıb.

"Bu gün İstanbulda İsrail Baş konsulluğu ətrafında silah səsləri eşidildikdən sonra silahdan istifadə edən şəxsin B.K. olduğu müəyyən edilib. Həmin şəxs İstanbul Terrorla mübarizə idarəsinin qrupları tərəfindən saxlanılıb. Faktla bağlı məhkəmə istintaqı başlayıb", - açıqlamada deyilir.