Rusiya idxala 35 faiz rüsum tətbiq edib

image

Rusiya "dost olmayan ölkələr"dən bəzi malların idxalına 35 % artırılmış gömrük rüsumu tətbiq edir.

Defakto.az” xəbər verir ki, bu barədə Rusiya Sənaye və Ticarət Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, müvafiq qərar yerli istehsalın artması səbəbindən Rusiya hökumətinin fərmanı ilə təsdiq edilib.

"2025-ci ilin yanvar ayından idxal edilən parfümeriya-kosmetika və məişət kimyası məhsullarına münasibətdə 35 % artırılmış gömrük rüsumu bir sıra qeyri-dost ölkələrə də şamil ediləcək. Beləliklə, əksər kateqoriyalarda yerli istehsalın artması ilə əlaqədar olaraq, dəriyə qulluq, makiyaj, saç məhsulları idxal məhdudiyyətlərinə məruz qalacaq”, - hesabatda qeyd olunur.