Tramp Papa Fransiskin dəfn mərasimində iştirak edəcək

image

ABŞ prezidenti Donald Tramp Roma Papası Fransiskin dəfn mərasiminə gedəcəyini rəsmi şəkildə təsdiqləyib.

Defakto.az xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkə hesabında yazıb.

“Melaniya və mən Papa Fransiskin dəfn mərasiminə qatılmaq üçün Romaya gedəcəyik. Orada olmağı səbirsizliklə gözləyirik!”

Xatırladaq ki, Papa 88 yaşında insult keçirərək vəfat edib.

Həmidə İbrahimova