Tramp Dövlət Departamentində və səfirliklərdə ixtisarlara gedir

image

ABŞ Prezidenti Donald Tramp gələn həftə Dövlət Departamentinin və ABŞ-nin Afrikadakı səfirliklərinin fəaliyyətinin ixtisar edilməsi ilə bağlı sərəncam imzalaya bilər.

Defakto.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb.

Məlumata görə, fərman Dövlət Departamentinin köklü şəkildə yenidən qurulmasını, o cümlədən Afrika qitəsinin bir çox ölkələrində ABŞ səfirliklərinin bağlanmasını nəzərdə tutur.

Sərəncamda, həmçinin iqlim dəyişikliyi, miqrasiya və insan hüquqları ilə məşğul olan büronun ixtisar edilməsi ilə bağlı məlumat var.