Mask: "ABŞ öz əzəli dəyərlərini itirə bilər"

ABŞ-a qeyri-qanuni immiqrasiya ölkənin əzəli dəyərlərinin itirilməsinə səbəb ola bilər.
Defakto.az xəbər verir ki, aprelin 19-da amerikalı milyarder, "SpaceX" korporasiyasının təsisçisi İlon Mask deyib.
O, X sosial şəbəkəsində "Bu, amansız həqiqətdir" yazıb.
Mask bu yolla başqa bir amerikalı milyarder, maliyyəçi Bill Ekmanın müvafiq paylaşını şərh edib.
Ekman hesab edib ki, ABŞ ölkəyə milyonlarla qanunsuz miqrantı yoxlamadan buraxır və onları çıxarmaq üçün məhkəmə prosesləri tələb olunur. Məhz bu, demokratik sistemin qorumağa çağırıldığı dəyərlərin itirilməsinə səbəb ola bilər.