"Onlara deyəcəyəm ki, siz axmaqsınız" - Trampdan 2 liderə

ABŞ Prezidenti Donald Tramp Tramp ABŞ Dövlət katibi Marko Rubionun “Rusiya-Ukrayna razılaşması bir neçə gün ərzində tamamlanmalıdır, əks halda ABŞ öz işlərinə baxacaq” sözlərini şərh edib.
Defakto.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Tramp müharibənin bitdiyini görmək istədiklərini deyib.
"Bunu sürətli şəkildə həll etmek istəyirik. Xüsusi bir gün sayı yoxdur, amma sürətlə bu savaşın bitdiyini görmək istəyirik. Rusiya-Ukrayna müzakirələri hazırda sona doğru yaxınlaşır. Bu razılaşmanı imzalamaq üçün həqiqətən yaxşı bir şansımız var”, - deyə o söyləyib.
ABŞ lideri hər iki tərəfin razılıq əldə etmək üçün addımlar atması gərəkdiyini deyib. O, rusiyalı və ukraynalı həmkarlarının ünvanına təhqiramiz ifadələr işlədib:
“Əgər hər iki tərəf hər hansı bir şəkildə işləri çox çətinləşdirsə, biz onlara deyəcəyik ki, siz axmaqsınız, axmaqlarsınız, siz dəhşətli insanlarsınız və biz bundan imtina edirik. Amma ümid edirəm ki, bunu etmək məcburiyyətində qalmayacağıq”.
Tramp ABŞ-nin hansı halda Rusya-Ukrayna müzakirələrindən tamamilə çəkiləcəkləri barədə suala belə cavab verib:
“Mən bunu indi demək istəməzdim. Biz bu müharibənin bitdiyini görmək istəyirik".
ABŞ Prezidenti "Rusiya sizinlə oynayırmı?" sualına isə "Heç kim mənimlə oynamır” cavabını verib.
Billurə Yunus