Məhəmməd Sədr: Trampın əsl narahatçılığı ABŞ-dan çox, İsrailin təhlükəsizliyidir

image

“Əgər Trampın təklifi yalnız İranın nüvə silahı əldə etməsinin qarşısını almağa yönəlibsə, bəlkə də razılıq əldə oluna bilər. Amma İsrailin tələblərini danışıqlar masası arxasına keçirmək istəsə, bizim razılığa gələ bilməyəcəyimiz təbiidir”.

Defakto.az xəbər verir ki, bunu “irna”ya müsahibəsində İranın Məqsədliliyi Müəyyənetmə Şurasının üzvü, diplomat  Məhəmməd Sədr deyib.

“Ona görə də İranla danışıqlarda Trampın əsl narahatçılığı Amerikanın təhlükəsizliyindən çox, İsrailin təhlükəsizliyidir. Onun İranın nüvə silahı əldə etməsi ilə bağlı narahatlığı Vaşinqton üçün deyil, Təl-Əviv üçün təhdid nöqteyi-nəzərindəndir”, - Sədr qeyd edib.
O əlavə edib ki, hamımız İsrail İranın bir nömrəli düşməni olduğunu bilirik: “İsrail ciddi şəkildə İslam Respublikasını məhv etməyə çalışır və bu baxımdan Trampın İrana hərbi hücumda ona qoşulması üçün böyük səylər göstərib və edir.
Bu çərçivədə Trampın təklifi sırf İranın nüvə silahı əldə etməsinin qarşısını almağa yönəlsə, bəlkə də razılıq əldə oluna bilər. Lakin o, İsrailin tələblərini danışıqlar masasına gətirmək istəsə, o cümlədən zənginləşdirməni və ya İranın regional mövcudluğunu tamamilə dayandırmaq istəyirsə, bizim razılığa gələ bilməyəcəyimiz təbiidir.

Bu səbəbdən də onlar bu prosesdə İranın maraqlarını nəzərə almalıdırlar”.
Roma görüşünü nəticələrinə toxunan Sədr deyib ki, ikinci turda daha dəqiq nəticə əldə olunacaq.

Mürtəza
Defakto.az