Rusiyada dövlətə xəyanətin sayı dəfələrlə artıb - RƏSMİ

Rusiyada dövlətə xəyanətə görə məhkum olunanların sayı demək olar ki, dörd dəfə artıb.
Defakto.az xəbər verir ki, “Tass” bu barədə məlumatı Rusiya Ali Məhkəməsinin Məhkəmə Departamentinin məhkəmə statistikasına istinadən yayıb.
“Əgər 2022-ci ildə bu maddə ilə 16 nəfər məhkum edilibsə, 2023-cü ildə 39 nəfər, ötən il 145 nəfər məhkum edilib.
Dövlətə xəyanətdə təqsirli bilinənlərin üçdə biri 24 yaşınadək gənclərdir (40-ı 18-24, dördü 14-17 yaş arasıdır).
Məhkumların 13-ü 50-59 yaş arası, 6-sı isə 60-dan yuxarıdır. Dövlətə xəyanətdə təqsirli bilinənlər arasında 7 qadın və 11 tələbə, həmçinin üç dövlət qulluqçusu da var”, - məlumatda qeyd olunub.
Mürtəza
Defakto.az