Möhtəşəm toy GÜNDƏM OLDU: Qızılları daşımaqda çətinlik çəkdi - FOTOLAR

image

Türkiyədə “Bugün Ne Giysem” adlı moda yarışması ilə tanınan sosial media fenomeni Aleyna Dalveren toy mərasimində yayılan görüntülərlə gündəmə damğa vurub. Dəbdəbəli toya bir çox məşhur sima qatılıb.

Defakto.az Musavat.com-a istinadən xəbər verir ki, Aleyna Dalveren iş adamı Fatih Erdem ilə ailə həyatı qurub.

Toy zamanı təqdim edilən qızıllar iştirakçıların və izləyicilərin xüsusi diqqətini çəkib. Bəyin şüşə fanus içində milyon dollarlıq qızıl dəstlərlə gəlişi hər kəsi təəccübləndirib. Qızıl tac, kəmər, boyunbağı və bilərziklərlə bəzənmiş Aleyna adətən gəlinlik əvəzinə “qızıl gəlinlik” geyinmiş kimi görünüb və qızılları daşımaqda çətinlik çəkib.

Dollarların və qızılların havada uçuşduğu mərasimdə məşhur sənətçi İbrahim Tatlısəs səhnəyə çıxaraq öz ifası ilə gecəyə rəng qatıb. Tanınmış aktyor Şafak Sezer halay çəkib, Dilan Polat və Özlem Lina Öz də toya qatılanlar arasında olub.

Tatlısəs mərasim zamanı kürəkənə bəyə edərək deyib: “Qızımı sənə əmanət edirəm. Ona yaxşı bax. Bir-birinizi sevin və hörmət edin”.

Aleyna Dalveren kimdir?
1994-cü ildə İstanbulda anadan olan Aleyna Dalveren, Nişantaşı Universitetində Kino və Televiziya ixtisası üzrə təhsil alıb. Sənət fəaliyyətinə erkən yaşlardan başlayıb, ilk dəfə 5 yaşında reklam filmində rol alıb. Daha sonra “Bugün Ne Giysem” yarışmasında iştirak etməklə tanınıb, “Arka Sokaklar” və “Umutsuz Ev Kadınları” kimi məşhur seriallarda çəkilib.

Musiqi karyerasına 2014-cü ildə “Hastam Çok” adlı mahnı ilə başlayıb. “Havam Yerinde”, “Yak Yak” və Serdar Ortaçın məşhur “Karabiberim” mahnısının cover versiyası ilə də populyarlıq qazanıb.

2023-cü ildə sosial şəbəkələrdə lüks avtomobil üzərində saxta pul və silahla paylaşım etdiyi üçün hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bu hadisə mediada geniş əks-səda doğurub.

Onun anası Başak Dalveren də musiqiçi və dizaynerdir. Aleyna anasının “Senelerimi Verir misin” adlı mahnısının klipinin rejissorluğunu edib.