Çin ABŞ gəmilərini vurmaq üçün okeanda raket toplayıb

image

Çinin Tayvana və ABŞ-a qarşı mümkün müharibəyə fəal hazırlığı heç kimə sirr deyil. Pekinin belə bir ssenariyə ciddi hazırlaşdığının bariz göstəricilərindən biri Sakit okeanda Amerika gəmilərini vurmaq üçün ballistik raketlərin yığılmasıdır.

Defakto.az xəbər verir ki, bunu “19FortyFive” saytının şərhçisi Kaleb Larson yazıb.

O qeyd edir ki, Çinin ABŞ-a qarşı müharibə strategiyası Çin ətrafındakı dənizlərdə və Sakit Okeanın ona bitişik hissələrində Amerika donanması üçün “qadağan olunmuş zona” yaratmağı nəzərdə tutur. Gəmi əleyhinə ballistik raketlər düşmən donanmasının mövcudluğunu qeyri-mümkün edəcək alətdir.

Çinin çox sayda belə raketlərə malik olmasının özü ABŞ üçün çəkindirici faktordur və onları Çin sərhədləri yaxınlığındakı vəziyyətə müdaxilə etməzdən əvvəl üç dəfə düşünməyə vadar edir.(axar.az)