Tramp Rusiya ilə bağlı bu qadağanı bir il müddətinə uzatdı

ABŞ Prezidenti Donald Tramp Rusiya bayrağı altında üzən və ya başqa şəkildə Rusiya ilə əlaqəli olan gəmilərin ABŞ limanlarına qəbuluna qoyulan qadağanı daha bir il müddətinə uzadıb.
Defakto.az xəbər verir ki, bu barədə Ağ Evin ABŞ Federal Reyestrində yerləşdirilmiş sənədində deyilir.
“Rusiya Federasiyasına münasibətdə milli fövqəladə vəziyyət rejimini və Rusiyaya aid gəmilərin Birləşmiş Ştatların limanlarında yanalmasını və hərəkətini tənzimləmək üçün 10371 saylı Bəyannamədə təsbit olunmuş fövqəladə hallar səlahiyyətlərini bir il müddətinə uzadıram”, - sənədin mətnində deyilir.