Ukraynanın Sumı şəhərinə raket hücumu - 31 ölü, 80-dən çox yaralı

image

Aprelin 13-də səhər saatlarında Ukraynanın Sumı şəhəri raket hücumuna məruz qalıb.

Defakto.az" xəbər verir ki, Rusiyanın hücumu nəticəsində iki uşaq olmaqla 31 nəfər həlak olub.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib. Onun sözlərinə görə, 10-u uşaq olmaqla 80-dən çox insan xəsarət alıb.

Fövqəladə hallar xidməti hadisə yerində işlərini davam etdirir.