Fransada Prezident və Baş nazirə etimad azalır

image

Fransada keçirilən son ictimai rəy sorğuları göstərir ki, Prezident Emmanuel Makron və Baş nazir Fransua Bayruya olan ictimai dəstək azalmaqdadır.

Defakto.az xəbər verir ki, Ipsos və CESI Ecole d'Ingenieurs tərəfindən "La Tribune de Dimanche" qəzeti üçün keçirilən sorğunun nəticələrinə görə, fransızların 70%-i Makronun prezident kimi fəaliyyətindən narazıdır.

Makronun reytinqi aşağı düşür
Sorğunun nəticələrinə əsasən, Makronun dəstəkləyənlərin sayı 26%-ə düşüb ki, bu da əvvəlki ayla müqayisədə azdır. Qalan respondentlər isə konkret fikir bildirməyiblər.

Bayrunun reytinqi də azalmaqdadır
Baş nazir Fransua Bayruya olan etimad da azalıb. Sorğu nəticələrinə görə, respondentlərin 67%-i onun fəaliyyətindən narazıdır. Bayruya müsbət qiymət verənlərin sayı isə 24%-ə enib.

Le Pen və Bardella önə çıxır
Müxalifət lideri Marin Le Penə qarşı məhkəmə qərarına baxmayaraq, onun populyarlığı sabit qalır. Respondentlərin 33%-i onu dəstəklədiyini bildirir. "Milli Birlik" partiyasının lideri Jordan Bardella isə 34% dəstəklə Le Peni qabaqlayır.

Sol təmsilçilərin dəstəyi zəifdir
Sol təmayüllü siyasətçilər arasında Rafael Qlüksmann və sabiq prezident Fransua Olland ən çox dəstək alanlardır, lakin onların dəstəyi 17%-dən yuxarı deyil.