HƏMAS nümayəndə heyətini Qahirəyə göndərdi

image

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəslə bağlı məsləhətləşmələri davam etdirmək üçün Misirə danışıqlar heyəti göndərdiyini təsdiqləyib.

Defakto.az xəbər verir ki, bu barədə müvafiq bəyanat hərəkatın Teleqram kanalında dərc olunub.

“Qəzzadakı hərəkatın lideri Xəlil əl-Heyanın başçılıq etdiyi HƏMAS nümayəndə heyəti Misir tərəfinin dəvəti ilə bu gün Qahirəyə yola düşüb”, - məlumatda bildirilib.