Fridrix Merts: Trampın siyasəti yeni maliyyə böhranı riskini artırır

image

ABŞ prezidenti Donald Trampın ticarət siyasəti dünyada yeni maliyyə böhranının yaranma riskini artırır.

Defakto.az xəbər verir ki, bu barədə Almaniyanın gələcək kansleri Fridrix Merts "Handelsblatt" qəzetinə verdiyi müsahibədə bildirib.

“Mən həmişə demişəm ki, növbəti maliyyə böhranı mütləq baş verəcək. Sadəcə olaraq, bunun nə zaman və hansı səbəbdən olacağını bilmirik. Prezident Trampın siyasəti bu böhranın gözləniləndən daha tez baş verməsi riskini yüksəldir. Biz avropalılara inandırıcı bir cavab lazımdır”, – Merts qeyd edib.