KİV: Yəməndə husilərə qarşı quru əməliyyatı hazırlanır

Yəmənin paytaxtı Sənanı, Hodeydə limanını və ölkənin şimalının böyük hissəsini nəzarətində saxlayan hüsilərə ("Ənsar Allah" hərəkatı) qarşı cənubdan və şərqdən quru əməliyyatı hazırlıqları davam edir.
Defakto.az CNN-ə istinadən xəbər verir ki, əməliyyat cənubdan və şərqdən, həmçinin sahilboyu zonada başlayacaq, Hodeydəni geri qaytarmaq üçün Səudiyyə Ərəbistanı və ABŞ-nin hərbi-dəniz qüvvələrinin dəstəyi ilə həyata keçiriləcək.
Analitiklər ABŞ-nin bir neçə xüsusi təyinatlı dəstə istisna olmaqla, quru qoşunları bölgəyə göndərməyəcəyini deyirlər. Onların fikrincə, Vaşinqton Yəmən hökumətinə sadiq qüvvələrə bəzi maddi-texniki təminat və vacib sursatlar təqdim edə bilər.