Putinin xüsusi nümayəndəsi: "Dərin dövlət" Trampa qarşı rəngli inqilab həyata keçirmək istəyir"

"ABŞ Prezidenti Donald Trampın siyasətinin əleyhinə keçirilən etiraz aksiyaları "dərin dövlət"in rəngli inqilab təşkil etməsinə cəhd ola bilər".
Defakto.az xəbər verir ki, bunu Rusiya prezidentinin investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev "X" sosial şəbəkə hesabında yazıb.
"Hands Off" ("Əlini çək" - red.) etirazları bu qədər yaxşı təşkil olunanda sual yaranır: "dərin dövlət" rəngli inqilablarını öz evində həyata keçirməyə cəhd göstərmirmi?", - o yazıb.
Qeyd edək ki, onminlərlə amerikalı ölkənin müxtəlif şəhərlərində D.Trampın siyasətinə etiraz əlaməti olaraq aksiya keçiriblər.