Böyük Britaniya və ABŞ hipersəsli raket mühərrikini sınaqdan keçiriblər

image

Böyük Britaniya ABŞ ilə birlikdə hipersəsli raket mühərrikini uğurla sınaqdan keçirib.

Defakto.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Bildirilir ki, britaniyalı alimlər Böyük Britaniya hökuməti, sənayesi və ABŞ hökuməti arasında sıx əməkdaşlıq sayəsində mümkün olan hipersəsli mühərrikin əsas sınağını başa çatdırıblar.

Mühərrik sistemi qabaqcıl hipersəsli qanadlı raketin prototipini təchiz etmək üçün lazımdır. Sınaqlar altı həftə ərzində aparılıb.