Putindən Trampla görüşü ilə bağlı ilk açıqlama

ABŞ administrasiyası Ukraynadakı münaqişəyə son qoymaq üçün kifayət qədər enerjili və səmimi səylər göstərir.
Defakto.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Kremldə Alyaskada keçiriləcək Rusiya-ABŞ sammitinə hazırlıqla bağlı keçirilən iclasda deyib.
“Hər kəsin bildiyi kimi, fikrimcə, hərbi əməliyyatları, böhranı dayandırmaq və bu münaqişədə iştirak edən bütün tərəfləri maraqlandıran razılaşmaların əldə edilməsi üçün kifayət qədər enerjili və səmimi səylər göstərən hazırkı Amerika administrasiyası ilə hansı mərhələdə olduğumuzu, Avropada və bütövlükdə dünyada sülh üçün uzunmüddətli şərait yaratmağı sizə bildirmək üçün sizdən bu gün toplaşmağı xahiş etdim”, - Putin görüş iştirakçılarına müraciət edib.
O həmçinin bildirib ki, məqsəd Ukrayna böhranı ilə bağlı danışıqlar prosesinin necə getdiyi və Ukrayna nümayəndə heyəti ilə ikitərəfli danışıqların gedişi barədə görüş iştirakçılarına məlumat verməkdir. "Bu və ya digər şəkildə iştirak edənlərin çoxu, əlbəttə ki, ümumi xüsusiyyətləri bilir, amma mən sizə daha ətraflı danışacağam", - Putin qeyd edib.
Mürtəza