Polkovnik vəfat edib

image

Ehtiyatda olan polkovnik Rasim İbrahimov vəfat edib. 

Defakto.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar.

30 ilə yaxın müddətdə Silahlı Qüvvələrdə xidmət etmiş R.İbrahimov 1-ci Ordu Korpusunda və Hərbi Hava Qüvvələrində maliyyə xidməti rəisi vəzifələrini də icra edib.

Mərhumun 3 ildir ki, xəstəlikdən əziyyət çəkirdiyi bildirilib.

Allah rəhmət eləsin.