Rusiyada həbsdə olan general döyüşə göndərildi

Rosqvardiyanın Mərkəzi Dairə komandanının həbsdə olan keçmiş müavini Vadim Draqomiretski Ukraynada döyüşür.
Defakto.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, general vəkili vasitəsilə hələ məhkəmə hökmündən əvvəl döyüş bölgəsində xidmət etmək üçün vəsatət qaldırmışdı. Bildirilib ki, vəsatət təmin olunub və o, hazırda döyüş zonasında hərbi əməliyyatlarda iştirak edir.
Qeyd edək ki, ötən il rüşvət ittihamı ilə saxlanılan Vadim Draqomiretski 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.