Ukraynada korrupsiya QALMAQALI: Zelenski onları vəzifədən qovdu

Ukrayna prezidenti Vladimir Zelenski pilotsuz uçuş aparatlarının (PUA) satın alınmasında korrupsiya faktlarının aşkarlanması fonunda Sergey Qaydayı Mukaçev Rayon Dövlət Administrasiyasının rəhbəri vəzifəsindən azad edib.
Defakto.az xəbər verir ki, həmçinin Luqansk vilayətinin Severodonetsk rayonunda yerləşən Rubejnoye şəhər hərbi administrasiyasının rəhbəri Andrey Yurçenko da vəzifəsindən azad edilib.
Xatırladaq ki, avqustun 2-də Ukrayna Milli Antikorrupsiya Bürosu PUA-ların və radioelektron mübarizə sistemlərinin satın alınmasında saxtakarlığın ifşa olunduğunu açıqlayıb. İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər tədarükçülərlə dövlət müqavilələrini qəsdən şişirdilmiş qiymətlərlə bağlayıblar. "Xalqın qulluqçusu" partiyasından olan deputat Aleksey Kuznetsov, Sergey Qayday, eləcə də Andrey Yurçenko saxlanılıb.(publika.az)