Şirvanda ata ilə oğul boğuldu

image

Baş Şirvan kollektorunda iki nəfər boğulub.

Defakto.az report-a istinadla xəbər verir ki, hadisə kollektorun Şirvan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, iki nəfər (ata və oğul) kanalda boğulub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin dalğıc- xilasediciləri tərəfindən axtarışlar aparılır. Əlavə məlumat veriləcək.