"Bavariya"nın qolkiperinin azyaşlı övladı vəfat edib

image

Almaniyanın "Bavariya" klubunun qapıçısı Sven Ulreyxin oğlu Len uzun sürən xəstəlikdən sonra vəfat edib.

Defakto.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə təcrübəli qolkiper "Instagram" hesabındakı paylaşımında məlumat verib.

O qeyd edib ki, altı yaşlı oğlu uzun müddət xəstəxanada müalicə alsa da, dünyasını dəyişib.