İŞİD-in lideri öldürülüb | DEFAKTO.AZ İŞİD-in lideri öldürülüb – DEFAKTO.AZ

İŞİD-in lideri öldürülüb

32

İraq Şam İslam Dövləti (İŞİD) qruplaşmasının lideri Əbülhəsən əl-Kurayşi öldürülüb.

Bu barədə “Reuters” agentliyi qrup nümayəndələrindən birinin “Telegram” kanalındakı audiomüraciətinə istinadən xəbər verib.

Agentliyin məlumatına görə, Əbu əl-Hüseyn əl-Kurayşi İŞİD-in yeni lideri seçilib.

Xatırladaq ki, hələ mart ayında İslam Dövlətinin əvvəlki rəhbərinin aradan götürülməsi məlum olub. ABŞ prezidenti Co Bayden bildirib ki, qruplaşma lideri ABŞ Silahlı Qüvvələrinin xüsusi əməliyyatı nəticəsində Suriyanın şimal-qərbində öldürülüb. Onun sözlərinə görə, əməliyyatda iştirak edən ABŞ hərbçiləri sağ-salamat geri qayıdıblar.