Azərbaycanlı kinoşünas beynəlxalq festivalın münsiflər heyətində yer aldı | DEFAKTO.AZ Azərbaycanlı kinoşünas beynəlxalq festivalın münsiflər heyətində yer aldı – DEFAKTO.AZ

Azərbaycanlı kinoşünas beynəlxalq festivalın münsiflər heyətində yer aldı

32

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) üzvü, tanınmış kinoşünas və rejissor Ayaz Salayev noyabrın 29–dan dekabrın 5–dək Moskva şəhərində MDB ölkələrinin 4–cü Beynəlxalq “Moskva premyerası” kino festivalında münsiflər heyətinin üzvü qismində iştirak edəcək.

Bu barədə DEFAKTO.az-a ARKİ-dan bildirilib.

Qeyd edək ki, bu festivalın tarixi 2003–cü ildən başlayır və ilk prezidenti SSRİ Xalq artisti Aleksey Batalov olub. 2019–cu ildən festival MDB dövlətlərinin Beynəlxalq Humanitar Əməkdaşlıq Fondu ilə əməkdaşlıq zəminində bir kinoforum olaraq beynəlxalq status qazanıb.