Beynəlxalq Qırmızı Xaç Komitəsi əsir götürülmüş azərbaycanlılarla bağlı lazımi addımlar atacaq | DEFAKTO.AZ Beynəlxalq Qırmızı Xaç Komitəsi əsir götürülmüş azərbaycanlılarla bağlı lazımi addımlar atacaq – DEFAKTO.AZ

Beynəlxalq Qırmızı Xaç Komitəsi əsir götürülmüş azərbaycanlılarla bağlı lazımi addımlar atacaq

152

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Arian Bauer ilə videokonfrans vasitəsilə görüş keçirib.

Görüşdə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş Azərbaycan hərbi qulluqçularına münasibətdə pis rəftar və işgəncə faktlarını, real çəkiliş əsasında sosial mediada yayılan məlumatlar Ombudsman tərəfindən xanım Bauerin diqqətinə çatdırıb.

Qeyd olunub ki, həmin videolarda yer alan hərbi əsirlərin taleyi ilə bağlı təəssüf ki, hər hansı bir məlumat almaq mümkün olmayıb.

Ombudsman tərəfindən görüşdə əsir düşmüş iki hərbi qulluqçumuzun ailə üzvlərinin də iştirakı təmin edilib. Onlar əsirlikdə olan övladlarının hüquqlarının təmin edilməsi və ölkəyə qaytarılması ilə bağlı müraciətlərini Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Arian Bauerə çatdırıblar.

Ombudsman qeyd edib ki, Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş Azərbaycan əsgərləri ilə bağlı məsələ ilk gündən onun diqqət mərkəzindədir və bununla bağlı aidiyyəti beynəlxalq qurumlara ardıcıl müraciətlər ünvanlayıb.

Xanım Bauer görüşdə qaldırılan məsələlər ilə bağlı mandatı çərçivəsində lazımi addımlar atacağını bildirib.

Today #Ombudsperson of #Azerbaijan, held an online meeting with the Head of #ICRC in #Azerbaijan. Ombudsperson expressed her concern about the ill-treatment towards Azerbaijani PoWs by #Armeni/an soldiers. Relatives of some PoWs also took part in the meeting. @ICRC @PMaurerICRC pic.twitter.com/JtQWRMQ4qm— Ombudsman of Azerbaijan (@az_ombudsman) November 22, 2020




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir