DTX rəisi və oğlu Şuşa şəhərinə gedib – FOTO | DEFAKTO.AZ DTX rəisi və oğlu Şuşa şəhərinə gedib – FOTO – DEFAKTO.AZ

DTX rəisi və oğlu Şuşa şəhərinə gedib – FOTO

272

Xəbər verdiyimiz kimi, Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə işğaldan azad olunmuş Şuşa şəhərinin təhlükəsizliyinin gücləndirilməsi, şəhərdə hərbi və hüquq-mühafizə orqanları arasında koordinasiya işinin təşkili məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Əli Nağıyev Şuşa şəhərində səfərdə olub.

Onun oğlu İlhamla Şuşa şəhərində çəkilmiş fotosu sosial şəbəkələrdə paylaşılıb.

Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə işğaldan azad olunmuş Şuşa şəhərinin təhlükəsizliyinin gücləndirilməsi, şəhərdə hərbi və hüquq-mühafizə orqanları arasında koordinasiya işinin təşkili məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyevin cari ilin 19-20 noyabr tarixlərində Şuşa şəhərinə xidməti səfəri olub.

Bununla bağlı DTX məlumat yayıb.

Bildirilib ki, qeyd edilən səfər çərçivəsində Xidmət rəisi, həmçinin, Füzuli şəhəri və Hadrut qəsəbəsində DTX-nin yeni fəaliyyətə başlamış yerli şöbələrinin təchizat məsələləri və iş şəraiti ilə tanış olub, Müdafiə Nazirliyi və digər strukturların əməkdaşları ilə görüşlər keçirib, qarşıda duran birgə vəzifələr müzakirə olunub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir