Azad edilən ərazilərdə zərərsizləşdirilən mina və partlamamış hərbi sursatların sayı açıqlandı | DEFAKTO.AZ Azad edilən ərazilərdə zərərsizləşdirilən mina və partlamamış hərbi sursatların sayı açıqlandı – DEFAKTO.AZ

Azad edilən ərazilərdə zərərsizləşdirilən mina və partlamamış hərbi sursatların sayı açıqlandı

33

Vətən müharibəsi başa çatandan indiyədək azad edilən ərazilərdə zərərsizləşdirilən mina və partlamamış hərbi sursatların sayı açıqlanıb.

“DEFAKTO.az”un xəbərinə görə, bunu Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov qurumun yeni loqosunun təqdimatına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, azad edilən ərazilərdə indiyədək 50 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib:

“67 minə yaxın isə mina və partlamamış hərbi sursatlar zərərsizləşirilib. Bu gün də bu istiqamətdə davamlı işlər aparılır”.