Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub | DEFAKTO.AZ Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub – DEFAKTO.AZ

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

34

Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərimiz ümumilikdə 19 dəfə atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bunlardan 16-sı Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər və Qarakilsə rayonları istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutmaqla baş verib.

Digər 3 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqla qeydə alınıb.

Şəxsi heyət və texnikamızda itki yoxdur.

Bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.