“Yaranışdan hamımız gözəl doğulmuşuq, bu dünyada çirkin məxluq yoxdur…” | DEFAKTO.AZ “Yaranışdan hamımız gözəl doğulmuşuq, bu dünyada çirkin məxluq yoxdur…” – DEFAKTO.AZ

“Yaranışdan hamımız gözəl doğulmuşuq, bu dünyada çirkin məxluq yoxdur…”

232

Xalq artisti Gülyaz Məmmədovanın verilişlərin birində plastik əməliyyat etdirən gənc qızları tənqid etməsi müzakirələrə səbəb olub.
 Müğənni Moderator.az-a açıqlamasında gənclərimizə bu yaşda ehtiyac olmadan hansısa bir plastik əməlliyyat etdirməyi tövsiyə etmədiyini bildirib:
“Verilişdə mənə sual verdilər ki, Gülyaz xanım, siz plastik əməliyyat etdirməmisiniz ki? Dedim ki, xeyir, həqəqətən də etdirməmişəm. İndi orda yazırlar ki, burnun əməliyyat etdirib, gözümüzlə görmüşük. Bunu yazanlara demək istəyirəm ki, harda görüblər gəlsinlər göstərsinlər. Mənim rəfiqəm klinikalardan birində işləyir və təklif etdi ki, bəlkə sənin də burnunda dəyişiklik edək. Doğrusu, istəmədim, amma həkimlə söhbət etdik. Türk həkim burnuma baxıb dedi ki, sənin burnun o qədər qəşəngdir ki, buna ehtiyac yoxdur. 
Yəni həqiqətən burun əməliyyatı keçirsəm, deyərəm ki, keçirmişəm, burda nə ayıb şey var ki? Bunu danmaram. Qaldı ki, dolğu məsələsinə gələndə haramı doğlu etdirəcəm ki? Bağışlayın, desəm, pis çıxacaq Gülyanaq da, mən də maniken kimi qız olmuşuq. Buna heç vaxt ehtiyac olmayıb. Biz uzun müddət arıq olmuşuq və hətta kökəlmək üçün çoxlu yeyirdim. Mənim tələbələrim var, gənc qızlardır bunları onlara eşitdirirəm, başqa tanışlarım var. Onsuz da mən deməklə bu düzələn deyil. Burunda çəpər əyriliyi varsa, onu əməliyyat etdirmək olar. Mən bir qadın olaraq öz fikrimi bildirdim. Yaranışdan hamımız gözəl doğulmuşuq, bu dünyada çirkin məxluq yoxdur. Sadəcə olaraq biz insanlar özümüz-özümüzü çirkinləşdirik. Doğluğunu otuz yaşdan sonra etdirmək olar. Amma gənc qızlara irad tutdum ki, gəncsiniz, gözəlsiniz bu yaşda plastik əməliyyata ehtiyac yoxdur. Düzdü, onu da demişəm ki, buna görə oğlanlar subay qalıb. Gülür”. 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir