Vilyam Hacıyev məhkəmədən vaxt istədi | DEFAKTO.AZ Vilyam Hacıyev məhkəmədən vaxt istədi – DEFAKTO.AZ

Vilyam Hacıyev məhkəmədən vaxt istədi

173

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Defakto.az DEFAKTO.az-a istinadla xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Elmar Kərimov vəsatət qaldırıb.

O, zərərçəkmiş şəxslərin nümayəndələrinin məhkəməyə gəlməli olduğunu deyib.

Hakim isə qeyd edib ki, zərərçəkmişlərin məhkəməyə gəlib-gəlməməkləri öz ixtiyarlarındadır.

Vəsatət təmin edilməyib.

Daha sonra təqsirləndirilən V.Hacıyev sərbəst ifadə vermək üçün məhkəmədən vaxt istəyib. O, zərərçəkmişlərin dindirilməsindən sonra ifadə verəcəyini söyləyib.

Məhkəmənin növbəti iclası mayın 27-nə təyin edilib.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir