Azərbaycanda 6 körpəyə Nikol adı qoyulub | DEFAKTO.AZ Azərbaycanda 6 körpəyə Nikol adı qoyulub – DEFAKTO.AZ

Azərbaycanda 6 körpəyə Nikol adı qoyulub

332

Son 5 ildə Azərbaycanda yeni doğulan 6 uşağa Nikol adı qoyulub.

DEFAKTO.az saytı bu barədə Ədliyyə Nazirliyindən məlumat əldə edib. Nazirliyin məlumatına görə, Nikol adı verilən körpələrin 2-si 2018-ci ildə, 2-si 2019-cu ildə, 2-si isə 2020-ci ildə doğulub. 

Qeyd edək ki, Nikol adı bir sıra ölkələrdə həm qıza, həm də oğlana qoyulur. Bu ad Azərbaycanda məhz 2018-ci ildən sonra geniş ictimaiyyət arasında tanınmağa başlayıb. Buna səbəb də elə həmin ilin mayında Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gələrək, baş nazir seçilməsi olub. Nikol adı xüsusilə 2020-ci ildə  – 44 günlük Vətən müharibəsi dövründə daha “populyarlaşdı”. Həmin vaxt Azərbaycanda hətta erməni baş nazirə meyxana da qoşmuşdular.


Nikol adını daşıyan körpələrin milliyəti açıqlanmayıb.

Əlbəttə, iddia etmək olmaz ki, körpələrə bu adı qoyan valideynlər məhz Paşinyana görə təsirlənərək belə addım atıblar. Mümkünkündür ki, kimsə amerikalı aktrisa Nikol Kidmanın adından xoşlandığına görə uşağına belə ad verib. Amma bu ad Azərbaycan ictimaiyyəti arasında 2018-ci ildən sonra daha geniş şəkildə tanındı. Yəni, Nikol isminin son illər kimin adıyla assosiasiya olunduğunu əlavə şərh etməyə ehtiyac yoxdu.

Ədliyyə Nazirliyinin məlumatına görə, son 5 ildə Azərbaycanda 7 uşağa Nikoloz, 3 uşağa Nikolay, 1 uşağa isə  Nikolas adı verilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir