Türkiyədə Şuşa Bəyannaməsi ilə bağlı qanun qüvvəyə mindi | DEFAKTO.AZ Türkiyədə Şuşa Bəyannaməsi ilə bağlı qanun qüvvəyə mindi – DEFAKTO.AZ

Türkiyədə Şuşa Bəyannaməsi ilə bağlı qanun qüvvəyə mindi

415

Türkiyə və Azərbaycan arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin təsdiq olunmasına dair qanun qüvvəyə minib.

Defakto.az xəbər verir ki, bu barədə “Resmi gazete”də məlumat dərc olunub. 

Xatırladaq ki, fevralın 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsinin rəsmi şəkildə dərc edilərək qüvvəyə minməsi ilə bağlı qərarı imzalayıb, fevralın 12-də isə Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Qanunu imzalayıb.

Bəyannamə Şuşa şəhərində 15 iyun 2021-ci il tarixində imzalanıb. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıblar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir