Prezident: “Biz desək ki, Bakının bütün problemləri həll edilib, əlbəttə ki, səhv edərik” | DEFAKTO.AZ Prezident: “Biz desək ki, Bakının bütün problemləri həll edilib, əlbəttə ki, səhv edərik” – DEFAKTO.AZ

Prezident: “Biz desək ki, Bakının bütün problemləri həll edilib, əlbəttə ki, səhv edərik”

81

“Bölgələrdə canlanma və inkişaf imkan verdi ki, Azərbaycanın bütün bölgələrində genişmiqyaslı işlər aparılsın. Amma bu günə qədər mövcud olan problemlər də var, o cümlədən Bakı şəhərində”.

Defakto.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Coşqun Cəbrayılovu Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı, Elgin Həbibullayevi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı və Elxan İbrahimovu Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edən zaman bildirib.

Dövlət başçısı deyib ki, baxmayaraq ki, Bakı şəhəri gördüyümüz işlər nəticəsində dünyanın ən gözəl şəhərlərinin birinə çevrilib: “Bakıya gələn qonaqlar və əlbəttə ki, yerli sakinlər bunu məmnunluqla qeyd edirlər. Ancaq əgər biz desək ki, Bakının bütün problemləri həll edilib, əlbəttə ki, səhv edərik. Bakı doğrudan da dünyanın ən gözəl şəhərlərindən biridir. Ancaq Bakının bütün yerləri heç də bu meyarlara cavab vermir. Ona görə xüsusilə inkişafa yönəlmiş addımlar Bakının hər bir guşəsində atılmalıdır. İnsanları narahat edən problemlərin həlli həm Bakıda, həm bölgələrdə ön planda olmalıdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir