Arzuman Abdulkərimov: “AMEA ləğv edilib, Təhsil Nazirliyinə birləşdirilməlidir” | DEFAKTO.AZ Arzuman Abdulkərimov: “AMEA ləğv edilib, Təhsil Nazirliyinə birləşdirilməlidir” – DEFAKTO.AZ

Arzuman Abdulkərimov: “AMEA ləğv edilib, Təhsil Nazirliyinə birləşdirilməlidir”

99

AMEA ətrafında gedən müzakirələr daha da qızışmaqdadır. Əksəriyyət artıq bu strukturun ləğv olunmasını və quruma aid institutların universitetlərə verilməsini təklif edir.


Sfera.az xəbər verir ki, Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov AMEA-nın ləğv olunaraq əvəzində yeni bir strukturun yaranması təklifini irəli sürüb:


“Sosial şəbəkədə mən də bu məsələyə münasibət bildirmişəm və statusum xeyli müzakirələrə səbəb olub. Bildiyiniz kimi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sistemi Sovet birliyinin yaratdığı bir struktur idi və biz hazırda bunu heç bir normal inkişaf etmiş ölkədə görə bilmirik. Ola bilər ki, hansısa ölkədə QHT formatında var, amma qeyd etdiyim kimi, üst qurum deyil. Yəni dünyanın heç bir yerində belə bir qurum yoxdur. Eyni zamanda keçmiş Sovet ölkələrinin əksəriyyəti bu sistemdən istefa verib. Onlardan Moldovanı, Baltikyanı ölkələri, Ukraynanı göstərmək olar. Gürcüstanda olsa belə, QHT səviyyəsindədir. Beləliklə, bu qurum yalnız Rusiyada və Azərbaycanda qalır. Bu struktur elmin inkişafına töhfə verməkdənsə, deyərdim ki, AMEA-nın ətrafında elmin inkişafının qarşısını almaq üçün inzibati amillik sistemini formalaşdırıblar”.


Arzuman Abdulkərimov qeyd edib ki, son dövrlərdə AMEA ətrafında gedən söz-söhbətlər, orada olan ziddiyətli fikirlər bu sistemin artıq zamanın tələblərinə cavab vermədiyinə əsas verir:


“Nazirlik sisteminin özü daha çevik bir sistemdir, onun daha tez çalışan strukturları var. Bu baxımdan düşünürəm ki, AMEA ləğv edilməli və bütün strukturları Təhsil Nazirliyinə birləşdirərək, yeni bir struktur – “Elm və Təhsil” nazirliyi yaradılmalı və bütün proseslər onun nəzarətinə verilməlidir. Düşünürəm ki, bu, ümumi işin xeyrinə olacaq. Məlum məsələdir ki, hansısa elmi iş yazmaq istəyən bir ziyalı, alim mütləq şəkildə xarici ölkələrdə məqaləsini çap etdirməli, konfranslarda iştirak etməli, reytinqli jurnallarda məqalələri olmalıdır. Amma şəxsi müşahidələrimdən deyə bilərəm ki, bu günə qədər bir dəfə də olsun hansısa alimin bu məsələlərdə AMEA-nın hansısa dəstəyini aldığını görməmişəm. Yəni alimlər öz xərcləri hesabına xarici səfərlərə gedir, xarici reytinqli jurnallarda öz məqalələrini dərc etdirirlər. Yəni AMEA tərəfindən bu məsələlər üçün ayrılmış büdcədən onlara heç bir dəstək olmur.
Məlum olduğu kimi, hər il AMEA elmin inkişafı adı altında dövlət fondundan, eləcə də müxtəlif fondlardan milyonlarla manat vəsait alır. Lakin bu vəsaitlər indiki vəziyyətdə necə xərclənir, şəffaflıq necədir, bütün bunlar sual altındadır. Bu baxımdan əgər struktur “Elm və Təhsil” nazirliyinin tərkibində olsa orada büdcənin xərclənməsinə də ciddi nəzarət olunacaq. Hesab edirəm ki, bununla da analoji olaraq AMEA-da çalışan işçi heyəti qurumun işçiləri hesab olunacaq və onların da maddi rifah halının yaxşılaşdırılması, maaşlarının yüksək olunması yönündə işlər görüləcək”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir